YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda növbəti konfrans Qəbələdə keçirilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə Bakıda və bölgələrdə fəaliyyət göstərən 25-ə yaxın qəzetin redaktorları, ətraf rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

“Qafqaz Resorte” otelində keçirilən regional konfransı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev açaraq, milli mətbuatımızın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda jurnalistlərə yaradılan şəraitdən danışaraq deyib ki, dünyanın heç bir yerində mətbuat işçiləri dövlət tərəfindən evlə təmin edilmir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Azərbaycan mediasının inkişafı sahəsində görülən işlərdən bəhs edərək, mətbuatda olan mənfi halların qarşısının alınması üçün şura tərəfindən ciddi işlər görüldüyünü və bunun müsbət nəticələr verdiyini diqqətə çatdırıb.