YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı deputatlar: Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı ədalətin təntənəsidir

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı britaniyalı parlamentarilər tərəfindən ədalətin təntənəsi kimi dəyərləndirilib.

Avropa İnsan Hüquqları Konvensiyasının üç xüsusi maddəsinin pozuntusunun qəbul edilməsindən əlavə Məhkəmə, həmçinin Ermənistanın Dağlıq Qarabağa və yeddi ətraf rayonun ərazisinə tam nəzarətinin olmadığını iddia edən Ermənistan hökumətinin etirazını rədd edib. Məhkəmə qərar verib ki, bu münaqişə hazırda hakimiyyətdə olan rejimin üzvləri tərəfindən başlandığından və həyata keçirildiyindən Ermənistan bu münaqişəyə cavabdehdir.

Böyük Britaniya parlamentinin üzvü Stefen Hepbörn Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavabında bəyan edib ki, Ermənistan hökuməti bu qərarın yaratdığı imkandan faydalanmalı və Azərbaycan ərazilərinin işğalında oynadığı rolu qəbul etməlidir. Onlar, həmçinin artıq 20 il davam edən durğunluq vəziyyətindən sonra diplomatik irəliləyişə nail olmaq üçün ciddi danışıqlara başlamalıdırlar.

Baronessa Zahidə Mənsur isə bildirib ki, Məhkəmənin bu qərarı münaqişənin Dağlıq Qarabağın yerli əhalisi olan ermənilər tərəfindən aparılması barədəki mifi darmadağın etdi. Bu, Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən işğalıdır. Sülh əsasında həll yolunun tapılmasında danışıqlara dürüst yanaşmaq və nəhayət, müəyyən irəliləyiş əldə etmək üçün bunu qeyd etmək vacibdir.