YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Qəhrəmanova: Yeni Azərbaycan Partiyasının qadın təmsilçilərinin çox böyük fəallığı hiss olunur

«Bu gün Azərbaycan qadınlarının, Yeni Azərbaycan Partiyasının qadın təmsilçilərinin çox böyük fəallığı hiss olunur. Bu da ondan irəli gəlir ki, Azərbaycanda böyük inkişaf, irəliləyiş var». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

 S.Qəhrəmanova bildirib ki, YAP-çı qadınlar da bu inkişafa öz töhfələrini verməyə çalışırlar. Onun sözlərinə görə, bu gün qadınlar arasında həmrəylik mövcuddur.

«Bu həmrəylik qadınlarla bağlı istənilən məsələlərin həllinə öz müsbət təsirini göstərir. Qadınların cəmiyyətdə rolunun artması, sahibkarlıq fəaliyyətlərinin genişlənməsi məhz onlara diqqət və qayğıdan irəli gəlir. Qadınlarımızın təkcə dövlət qurumlarında deyil, qeyri-dövlət qurumlarında da fəallıqlarının təmin edilməsi  istiqamətində mühm addımlar atılır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv