YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət və hökumət başçıları Prezident İlham Əliyevi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik ediblər

Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları Prezident İlham Əliyevi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik ediblər.

Prezident İlham Əliyevi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edənlər sırasında İsveçin Kralı Karl Qustav, Niderlandın Kralı Villem-Aleksandr, Sloveniya Respublikasının Prezidenti Borut Pahor, Koreya Respublikasının Prezidenti Xanım Pak Kın He, İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səud, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus və başqaları vardır.