YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Ölkədə demokratiyanın əsas göstəricilərindən biri olan söz, fikir və məlumat azadlığı tam bərqərar olub

«Azərbaycanda azad və müstəqil mətbuatın formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin mətbuatın inkişafına verdiyi böyük önəm, davamlı diqqət və qayğısı sayəsində müasir Azərbaycanın müstəqil milli mətbuatı formalaşdı. Ölkədə demokratiyanın əsas göstəricilərindən biri olan söz, fikir və məlumat azadlığı bərqərar oldu, obyektiv, qərəzsiz informasiya vermək mətbuat orqanlarının müntəzəm qaydada riayət etdiyi əsas prinsipə çevrildi».  Bu fikirləri  Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şəraiti yaradıb: “Mətbuat təsis etmək üçün bütün dövlət icazəvermə mexanizmləri ləğv olundu, mətbuat haqqında qanun tam liberallaşdırıldı və Avropa standartlarına uyğunlaşdırıldı. Mətbuat vasitələri və çap mediası dövlət vergilərindən azad olundu. Mətbuatın inkişafı istiqamətində həyata keçirilən islahatlar, əməli tədbirlər nəticəsində sabit inkişaf yoluna qədəm qoyan milli mətbuatımız yeni-yeni nəşrlərlə daha da zənginləşdi, eyni zamanda, mətbuatda peşəkarlıq və keyfiyyət ön plana çıxdı. Demokratiyanın vacib amillərindən hesab edilən söz və mətbuat azadlığının inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin atdığı addımlar bu gün də dövlət siyasətinin prioritetlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən, jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmaqda və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir”.