YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamil Vəliyev: Azərbaycan jurnalistikası ictimai fikir institutu kimi gerçəkliyimizin bütöv mənzərəsini əks etdirə bilib

«Bizim jurnalistika tariximiz birmənalı, biristiqamətli deyil, inkişaf tarixi baxımından çoxşaxəli və çoxmərhələlidir. Mətbuat tariximiz hər zaman xalqın taleyinə bağlı olub. Yəni mətbuat işçilərimiz, onu yaradanlarımız və sonralar bu yolu davam etdirənlərimiz hər zaman xalqla həmnəfəs olub, onun problemlərini önə çıxarıblar». Bu fikirləri Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev deyib.

Ş.Vəliyev bildirib ki, Azərbaycan jurnalistikası ictimai fikir institutu kimi gerçəkliyimizin bütöv mənzərəsini əks etdirə bilib. Onun sözlərinə görə, “Əkinçi”dən sonrakı dövrdə də mətbuatımız sənətkarlıq baxımından çox zəngin olub.

«Artıq jurnalistikamızın elmi-nəzəri əsasları formalaşıb ki, bunu da xüsusilə qeyd etmək lazımdır. Həmin elmi-nəzəri dəyərlərdən, praktik təcrübədən bu gün çağdaş Azərbaycanın jurnalistikası çox faydalanır, bəhrələnir. Heç şübhəsiz ki, jurnalistikamız gələcəkdə bizim üçün ən etibarlı istinad nöqtəsi olacaq»- deyə, Ş.Vəliyev qeyd edib.