YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Olimpiadalar vasitəsilə istedadlı şagirdləri aşkarlayırıq

«İyulun 20-dən 29-dək Bakıda keçiriləcək ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlər arasında beynəlxalq kimya olimpiadasına dünyanın bir çox ölkələrindən komandalar qatılacaq. Bu barədə təhsil naziri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov qeyd edib ki, sözügedən yarışlarda Azərbaycan komandası da iştirak edəcək. Onun sözlərinə görə, bu istiqamətdə son 1 ildə xüsusi təşkilat komitəsi yaradılıb.

«Təşkilat Komitəsinə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayeva rəhbərlik edir. Həm təşkilat, həm şagirdlərin akademik nailiyyətləri nöqteyi-nəzərdən biz böyük ümidlə və səbirsizliklə olimpiadanın başlanmasını gözləyirik. Çünki bir qayda olaraq belə olimpiadalarda istedadlı şagirdlər aşkarlanır»- deyə, nazir vurğulayıb.