YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində güzəşt yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar davam etdirilir. Azərbaycanın mövqeyi hamıya bəllidir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində güzəşt yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər.

Bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, Azərbaycanın mövqeyi çox konstruktivdir. İlk növbədə, hər iki tərəfdən hərbiçilər kənara çəkilməli, məcburi köçkünlər öz evlərinə qayıtmalı, yollar açılmalıdır. Sonra bütün əlaqələr bərpa olunmalıdır. Bu baxımdan erməni hərbiçiləri həm də Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş yeddi rayondan geri çəkilməlidir. Məhz bundan sonra bütün yollar, kommunikasiyalar açıla bilər. Danışıqlar məhz bunun əsasında aparılır. Həm Azərbaycan tərəfi, həm də həmsədrlər bu istiqamətdə addımlar atırlar. Ancaq gərək Ermənistan da bunu qəbul etsin. Bu da gec-tez baş verəcək. Buna heç bir şübhə yoxdur.