YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı İrana qarşı sanksiyaların bir hissəsinin “dondurulma”sının müddətini uzadıb

Avropa İttifaqı İrana qarşı sanksiyaların bir hissəsinin “dondurulma”sının müddətini iyulun 13-dək uzadıb. Avropa İttifaqı Şurasından mətbuata verilən açıqlamada bildirilir ki, bu addımın məqsədi İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsini təmin edəcək sazişlə bağlı aparılan danışıqlarda vaxt əldə etməkdir.

Avropa İttifaqı hələ 2014-cü ildə İrana qarşı tətbiq edilən sanksiyaların bir hissəsini ləğv etmiş və bununla da aparılan danışıqlarda “xoş niyyət” nümayiş etdirmişdi.

Ötən ayın sonundan etibarən Vyanada start götürən danışıqlarda isə hələ ki, ortaq məxrəcə gəlmək mümkün olmayıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mətbuata verdiyi açıqlamada danışıqlarda müəyyən tərəqqinin olduğunu, lakin tərəflərin hələ də son məqsədə çatmadığını bildirib.

Diplomatik dairələrdən mətbuata sızan qeyri-rəsmi məlumata görə, İran və “altılıq” ölkələri arasında danışıqlar iyulun 17-dək davam edə bilər.

 

DİGƏR Xəbərlər Arxiv