YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın turizm potensialı Sidneydə taksilər vasitəsilə təbliğ edilir

İyulun 1-dən başlayaraq Sidney hava limanından şəhər istiqamətində hərəkət edən taksilərin üzərində Azərbaycanın turizm imkanlarını əks etdirən reklam lövhələri yerləşdirilib. Ölkəmizin turizm potensialının təbliği məqsədilə atılan bu addımın təşkilatçıları Sidney şəhərində fəaliyyət göstərən “Australian Azerbaijanian Association Inc” təşkilatının rəhbəri Mikayıl Oyta və Azərbaycanın Avstraliyadakı səfirliyidir.

Kampaniyanın altı aydan bir ilədək davam etdirilməsi nəzərdə tutulub. Reklam lövhələrinin dizaynı Sidney şəhərində yerləşən “Oba Media”nın rəhbəri, əslən azərbaycanlı olan İsmayıl Oba tərəfindən tərtib edilib.