YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib

İyulun 13-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin iqamətgahında mübarək Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib.

Səfir Robert Sekuta mərasimdə iştirak etdiklərinə görə Azərbaycandakı dini icmaların rəhbərlərinə, diplomatlara təşəkkür edib.

R. Sekuta bildirib ki, səfirliyin hər il təşkil etdiyi iftar mərasimi yalnız Azərbaycanda və ABŞ-da deyil, dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanları birləşdirir. Azərbaycandakı tolerantlıq mühitindən danışan səfir müxtəlif dinlərə mənsub insanların ölkəmizdə qarşılıqlı anlaşma və hörmət şəraitində yaşamasının dünyaya örnək ola biləcəyini qeyd edib. O, vurğulayıb ki, çoxsaylı dinlərin əsrlər boyu birgə dinc şəraitdə yaşadığı az sayda ölkə göstərmək olar, azərbaycanlılar bununla fəxr etməlidirlər.

Müqəddəs Quranın dini mənsubiyyətindən asılı olmayaraq hər bir insana sevgi və şəfqət hissi aşıladığını bildirən səfir deyib: “Biz bu keyfiyyətlərlə birgə irəliləyə və təlatümlü dünyamızda bəlaların öhdəsindən gələ bilərik”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad bu müqəddəs ayda insanlara mehribanlıq, səmamıza açıqlıq arzulayıb, dünyamızda sülhün bərqərar olması üçün dualar edib. O, iftar mərasimini təşkil etdiyi üçün tədbir iştirakçıları adından ABŞ-ın Azərbaycandakı səfirinə təşəkkürünü bildirib.