YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda iştirak etmişdir

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak etmişlər.

Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Azərbaycanın dövlət himni səsləndi.

Prezident İlham Əliyev rəsmi qəbulda nitq söylədi.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyasına görə Tofiq Nağıyevə və “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edildi.

Daha sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

 

DİGƏR Xəbərlər Arxiv