YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Biz işğala son qoymağın birinci yolunu sülh danışıqlarında görürük

«Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində söylədiyi hər bir fikirdə Azərbaycan xalqının mövqeyini bir mənalı olaraq ifadə edir».  Bu fikri Milli Məclisin deputatı  Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, ölkə başçısı həm daxili, həm də beynəlxalq tədbirlərdə, görüşlərdə dəfələrlə deyib ki, Azərbaycan müharibə tərəfdarı deyil. Onun sözlərinə görə, ölkəmiz istəyir ki, münaqişənin həlli sülh yolu ilə ədalətli qaydada həll olunsun.

«Sülh yolu ilə ədalətli həll olunma ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Azərbaycanın ərazi bütövlüyü, ölkə qanunları çərçivəsində, eləcə də Azərbaycanın tərkibində, tabeliyində bundan sonra Dağlıq Qarabağa hansı statusun verilib-verilməməsi sonranın işidir. Məsələ bundan gedir. Amma  Ermənistan konstruktiv mövqe göstərmir. Ermənilər Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edirlər. Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü öz yurdlarından didərgin düşüb. Bəs belə olan təqdirdə Azərbaycan nə etməlidir? Azərbaycan öz torpaqlarını işğalçılardan, separatçılardan, cinayətkarlardan, terrorçulardan təmizləməlidir. Biz işğala son qoymağın birinci yolunu sülh danışıqlarında görürük. Ancaq bu sülh danışıları bir nəticə verməyəndən sonra Azərbaycan hərbi güc tətbiq edib ərazilərini işğalçılardan azad etməlidir»- deyə, deputat qeyd edib.