YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Prezidentimizin milli maraqlarımıza söykənən siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir

«Azərbaycan öz imkanları və yerləşdiyi coğrafi məkandan istifadə edərək digər birliklərlə əməkdaşlıq etməkdə tam sərbəstdir». Bu fikri Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycan dövlət olaraq suverendir, siyasi müstəqilliyinə və verdiyi qərarlara özü cavabdehdir. Onun sözlərinə görə, indiyə qədər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət onu göstərir ki, Azərbaycan pafosun, yağlı və əsassız vədlərin arxasınca yox, milli maraqlarının qorunması arxasınca gedib.

«Bu gün Azərbaycan Prezidentinin düşünülmüş siyasəti, müstəqil həyata keçirdiyi layihələr, maraqlarına uyğun olan xarici və daxili siyasət ölkəmizi bütün bu bəlalardan, təlatümlərdən qoruyur. Prezidentimizin milli maraqlarımıza söykənən siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Ona görə də, müəyyən dairələrin ölkəmizə qarşı çirkin məqsədləri heç zaman reallaşa bilmir»- deyə, A.Quliyev vurğulayıb.  

DİGƏR Xəbərlər Arxiv