YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Altı ayda ARDNF-in büdcə gəlirləri 4 054,0 milyon manat, büdcə xərcləri isə 4 042,1 milyon manat təşkil edib

Altı ayda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 054,0 milyon manat, büdcə xərcləri isə 4 042,1 milyon manat təşkil edib.

Fonddan bildirilib ki, ilin birinci yarısında ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri isə 5,7 milyon manat olub.

ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri 8 013,4 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Həmçinin, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon manat vəsait ayrılıb. “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə isə fonddan 17,2 milyon manat vəsait ayrılıb. Bundan başqa, 5,9 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub” qaz dəhlizi” layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb.

Yanvar-iyun aylarında ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil edib. İyulun 1-ə fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 3,56 faiz azalaraq 35 783,3 milyon ABŞ dollarına bərabər olub. İlin əvvəlinə nisbətən valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlıdır.