YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında səfir Nikolay Patskeviçin səmərəli fəaliyyətini qeyd edib, göstərdiyi səylərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, Nikolay Patskeviçin Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri işlədiyi illər ərzində Belarus ilə əlaqələr daha da genişlənib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, sənaye, investisiya, əczaçılıq, elmi-texniki, maşınqayırma və neft maşınqayırması avadanlıqlarının birgə istehsalı müəssisələrinin yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç qəbula görə təşəkkür edib, Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu bildirib. Səfir ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.