YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Donald Tuskun səfəri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni bir səhifədir

«Donald Tuskun səfəri Azərbaycanın avointeqrasiya, Avropa, Avropa İttifaqı ilə münasibətlərində tamamilə yeni bir səhifədir». Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağ məsələsində Donald Tusk çox vacib fikirlər səsləndirib.

«Yəni, status-kvo həm onun özü üçün, həm də, Avropa İttifaqı üçün qəbuledilməz olduğunu bildirdi. Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə dəstəyini bildirdi. Bu çox vacib bəyanatlardır. Baxmayaraq ki, anti-azərbaycançılıq kampaniyasında Serj Sarkisyan Donald Tuskdan dəstək istədi və lakin göründüyü kimi, Tusk nəinki ona dəstək vermədi, əksinə ona qarşı tərəfin də olduğunu bildirdi»- deyə, politoloq qeyd edib.