YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Dost Azərbaycan quruculuq yolu ilə inamla irəliləyir, onun nüfuzu beynəlxalq aləmdə durmadan möhkəmlənir.
Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə söykənən müsbət dinamikası bizim strateji tərəfdaşlığımızın möhkəm olduğunu təsdiq edir.
Əminəm ki, bizim istər ikitərəfli əsasda, istərsə də MDB-nin inteqrasiya mexanizmləri çərçivəsində sıx qarşılıqlı fəaliyyətimiz ölkələrimizin xalqlarının rifahı, həmçinin qlobal və regional təhlükəsizliyin və sabitliyin təmin olunması naminə bundan sonra da inkişaf edəcəkdir.
İlham Heydər oğlu, Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına xoşbəxtlik, uğurlar və firavanlıq arzulayıram.”