YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya şöhrətli fransız müğənnisi Patrisiya Kaas Heydər Əliyev Mərkəzində olmuşdur

Dünya şöhrətli fransız müğənnisi Patrisiya Kaas mayın 28-də Heydər Əliyev Mərkəzində olmuşdur.

Müğənni Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla, eyni zamanda, “Azərbaycan inciləri: tarixin axarında” sərgisində Azərbaycanın qədim tarixi ilə tanış olmuşdur.

Patrisiya Kass daha sonra Mərkəzdə hazırda nümayiş olunan sərgilərə, eləcə də məşhur fotoqraf Anri Kartier-Bressonun mayın 26-da açılan “Paris” adlı fərdi sərgisinə baxmışdır.