YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Kolumbiya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa xüsusi əhəmiyyət verir

Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII nazirlər konfransında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın xarici işlər nazirinin müavini xanım Patti Lonodono ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, görüşdə Elmar Məmmədyarov ölkələrimiz arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə etmiş, iqtisadiyyat, ticarət, sərmayələr, enerji və humanitar sahələrdə də əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırmışdır.

Elmar Məmmədyarov kolumbiyalı mütəxəssislər tərəfindən Azərbaycanda təşkil olunan ispan dili kurslarının əhəmiyyətini qeyd etmişdir.

Patti Londono Kolumbiyanın Azərbaycanı regionun lider dövləti kimi qəbul etdiyini və rəsmi Bakı ilə bütün sahələrdə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulamışdır.

Görüşdə Azərbaycanın və Kolumbiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin mexanizminin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.