YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Azərbaycan dövləti özünün milli maraqlarına uyğun siyasət həyata keçirir

«Azərbaycan beynəlxalq qurumlarla əməkdaşlığı özü könüllü olaraq seçib və bu, heç bir halda məcburi dövlət addımı deyil. Bu mənada ölkəmizin hər hansı tənqidlərdən asılı olmayaraq, Avropa yönümündə siyasətini davam etdirəcəyinə hər kəs inanır». Bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Azərbaycan bu siyasətində özünün milli maraqlarına uyğun addımar atır. Onun sözlərinə görə, cəmiyyətin uzun illər ərzində yaşadığı, daşıdığı ənənələr sistemi də, dəyərləri də, eyni zamanda, qanunvericilik həyatı da bizdən bunları tələb edir.

 «Sevindirici haldır ki, son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır. Ölkəmiz dünyada  antiterror koalisiyasında, təhlükəsizlik məsələlərində yaxından iştirak edir. Təbii ki, bu amillər Azərbaycanın bölgədəki əhəmiyyətini daha da artırır»- deyə, komitə üzvü qeyd edib.