YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı qüvvələrinin daha iki pilotsuz uçan aparatı məhv edilib

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus 2 ədəd “Krunk-25” taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Krunk-25” pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə edilir.

Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60 kiloqram, uzunluğu 3,8, qanadlarının açılma uzunluğu 5 metrdir. Aparatın havada qalma vaxtı 5 saat, uçuş surəti saatda 150 kilometrdir.