YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Azərbaycanda tələbələrə təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir

“Azərbaycanda tələbələrə təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir”. Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki,  bu gün Azərbaycanda dövlət sifarişi ilə təhsil alan tələbə 4 il ərzində pulsuz oxumaqla yanaşı, həm də dövlətdən təqaüd alır. Ödənişli təhsil alan isə bu təqaüdü ala bilmir.

 “Biz bu sistemi rəqabət mühiti üçün ədalətsiz sistem hesab edirik. Onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir”- deyə, nazir vurğulayıb.