YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir

«Güclü sənaye potensialı olan Azərbaycan, eyni zamanda, kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik ölkədir». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Onun sözlərinə görə, respublika əhalisinin təxminən yarısı bölgələrdə yaşayır.

«Bu baxımdan, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Bütün bu və digər amillər, həmçinin, qlobal miqyasda yaranan yeni çağırışlar ölkəmizdə kənd təsərrüfatının intensiv metodlarla inkişafını mümkün və zəruri edir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinə və bu sahədə yüksək nəticələrə nail olunmasına güclü siyasi iradə nümayiş etdirir. Məhz görülən işlərin nəticəsidir ki, bu ilin yarısında kənd təsərrüfatında 7,3 faizlik artım əldə olunub»- deyə, komitə üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv