YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay Ceyhan limanından 2,4 milyon tona yaxın Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

İyulda 2 milyon 382 min 65 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına yola salınıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 628 min 822 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi isə 16 milyon 991 min 794 ton olub. Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən cari il avqustun 1-ə kimi Ceyhan limanından 279 milyon 459 min 854 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.