YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: NATO-ya üzv ölkələr terrorla mübarizədə Türkiyəni dəstəkləməlidirlər

«Türkiyə NATO-nun üzvüdür və ABŞ-la birgə anti-terror koalisiyasının tərkibində hal-hazırda dünya üçün təhlükəli olan terror qruuplaşmaları ilə mübarizə aparır». Bu fikri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, ABŞ-ın Türkiyəyə dəstəyi təbiidir. Onun sözlərinə görə, bu baxımdan da digər NATO-ya üzv ölkələr də terrorla mübarizədə Türkiyəni dəstəkləməlidirlər.

«Bu məsələ bir növ NATO dövlətlərinin əsas mövzuları olmalıdır. Meydanda Türkiyəni tək qoymaq doğru deyil. Türkiyədə baş verən olaylar bizi narahat etməyə bilməz: İki dövlət bir millət olaraq biz hər zaman Türkiyənin yanındayıq və bütün sahələrdə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik»- deyə, komitə üzvü qeyd edib.