YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yarım ildə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 20,34 milyon kubmetr qaz olub

Bu ilin ilki altı ayı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 20,34 milyon kubmetr qaz olub. Birinci yarımildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 22 milyon dollar əməliyyat xərcləri və 559 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu barədə “bp-Azerbaijan” şirkətindən məlumat verilib.

Boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – bp CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları: bp (operator – 28,8 faiz), AzCQBK (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz), Petronas (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), və TPAO (19 faiz).

 

DİGƏR Xəbərlər Arxiv