YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci yarımildə “Şahdəniz” yatağından 5,2 milyard standart kubmetr qaz hasil edilib

Yanvar-iyun aylarında “Şahdəniz” yatağından 5,2 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,8 milyon barrel) kondensat hasil edilib.

Bu barədə “bp-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilir ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir. Altı ayda “Şahdəniz Mərhələ 1” platforması bir hasilat quyusunu – SDA07-ni tamamlamış və daha bir hasilat quyusunun qazılmasını davam etdirib. İstiqlal və Heydər Əliyev qazma qurğuları isə “Şahdəniz Mərhələ 2” layihəsinin öncəqazma proqramına dəstək vermək üçün qazma əməliyyatlarını həyata keçirib. İyulda İstiqlal qazma qurğusu sertifikasiya və yenidənqurma üçün tərsanəyə gətirilib, Heydər Əliyev qazma qurğusu isə qazma əməliyyatlarını davam etdirir.

Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində səkkiz hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Hesabat dövründə “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib. Altı ayda “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 0,25 milyard dollar əməliyyat xərcləri və 2,26 milyard dollar əsaslı xərclər şərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

“Şahdəniz”də iştirak payları belədir: bp (operator – 28,8 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), Petronas (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz) və TPAO (19 faiz).

 

DİGƏR Xəbərlər Arxiv