YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Azərbaycan elmi ölkəmizin tərəqqisində yaxından iştirak edən vahid bir gücə çevrilməlidir

«XXI əsrdə müasir dünyanın ümumi inkişaf  tendensiyalarının əsas lokomotivi vəzifələrini üzərinə götürən elm tamamilə yeni funksional kefiyyət kəsb etməyə başlayıb. Prezident İlham Əliyev bəyan edib ki, regionun siyasi-iqtisadi və mədəni mərkəzi olan Azərbaycan yaxın gələcəkdə həm də bölgənin elm mərkəzinə çevrilməlidlir». Bu fikirləri AMEA-nın prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, cənab Prezidentin bu fikirləri dünyada gedən qlobal prosesləri nəzərə almaqla Azərbaycan elminin strateji inkişaf xəttini, hədəflərini müəyyənləşdirən bir çağırışdır. Onun sözlərinə görə, son illər elmi fəaliyyət sahəsində həyata keçirilən kompleks islahatlar bu çağırışa cavabdır.  

«Bu gün elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə güclənib. Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsini təmin etmək məqsədilə ölkənin akademik, təhsil, biznes və vətəndaş cəmiyyətlər sektorunda çalışan tədqiqatçılar, o cümlədən, xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətlər daha da inkişaf etdirilməlidir. Azərbaycan elmi ölkəmizin tərəqqisində yaxından iştirak edən vahid bir gücə çevrilməlidir»- deyə, A.Əlizadə vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv