YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresinin üzvləri Azərbaycanın milli bayramı – Respublika Günü ilə əlaqədar bəyanatla çıxış etmişlər

ABŞ Konqresinin üzvləri Bil Şuster, Paul Kuk, Mişel Qrişam, Virciniya Foks və Madelin Bordallo Azərbaycanın milli bayramı, 28 May - Respublika Günü münasibətilə Konqresdə bəyanatla çıxış etmişlər.

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupunun həmsədri Bil Şuster öz bəyanatında Azərbaycan ilə ABŞ arasındakı sıx münasibətləri xüsusi vurğulamışdır. O, Azərbaycanın qlobal enerji bazarında artan əhəmiyyətini vurğulamış, ölkəmizin Avropanı əlavə təbii qazla təmin edəcək Cənubi Qaz Dəhlizində aparıcı rol oynadığını bəyan etmişdir. Eyni zamanda, Şusterin bəyanatında Azərbaycan ilə ABŞ arasında təhlükəsizlik sahəsindəki uğurlu əməkdaşlıq, ölkəmizdə müxtəlif dini və etnik qrupların harmoniya halında yaşadığı qeyd olunmuşdur.

Konqresmen Virciniya Foksun bəyanatında Azərbaycanın ABŞ üçün dəyərli müttəfiq olduğu və beynəlxalq terrorçuluğa qarşı mübarizədə Birləşmiş Ştatlara qeyd-şərtsiz dəstək verən ilk ölkələrdən biri olduğu vurğulanmışdır. Eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində mühüm oyunçulardan biri olduğu qeyd edilmişdir.

Konqresmen Mişel Qrişam Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət qurduğunu bildirmiş və Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etmişdir. O, Azərbaycan-ABŞ münasibətlərinin hər iki xalq üçün əhəmiyyətli olduğunu vurğulamışdır.

Konqresmen Paul Kuk 28 may - Respublika Günü münasibətilə verdiyi bəyanatında strateji regionda yerləşən Azərbaycanın ABŞ-ın etibarlı müttəfiqi olduğunu bildirmişdir. Eyni zamanda, konqresmen Azərbaycanın İsraillə yaxın münasibətlərini xüsusi qeyd etmişdir.

Konqresin üzvü Madelin Bordallo bəyanatında Respublika Günü münasibətilə xalqımıza təbriklərini çatdırmış, 1918-ci qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən bəhs etmişdir. O, Azərbaycan ilə ABŞ arasındakı yaxın tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulamışdır.