YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Qədim tarixi və qardaşlıq əlaqələrindən güc alan Türkiyə-Azərbaycan münasibətlərinin “Bir millət, iki dövlət” şüarı əsasında müştərək səylərimizlə daha da güclənərək yüksək səviyyəyə çatdırılacağına inamım qətidir.

Əməkdaşlığımız örnək bir həmrəylik içində qardaş xalqlarımızın rifahına, bölgəmizin sülh və sabitliyinə töhfə verməkdə davam edəcəkdir.

Bu əlamətdar bayram münasibətlə Zati-aliləri əziz qardaşımın cansağlığı, xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının firavanlığı və rifahı üçün ən xoş diləklərimi bir daha ifadə edirəm.”