YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcəkdir

Bu gün Litva Seymində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası işə başlayacaqdır. Sessiyada NATO üzvü olan 28 ölkənin parlamentlərinin, NATO PA-nın assosiasiya edilmiş üzvlərinin, regional tərəfdaşların, Avropa Parlamentindən olan nümayəndə heyətlərinin, müxtəlif beynəlxalq təşkilatların 600-ə yaxın təmsilçisinin iştirak edəcəyi gözlənilir.

Tədbirdə ölkəmizi Milli Məclisin sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri üzrə parlament komitəsinin sədri Ziyafət Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti təmsil edəcəkdir.

Assambleyanın Vilnüsdə keçiriləcək sessiyasında üç sənədin layihəsinin müzakirə edilməsi planlaşdırılır: NATO-nun genişlənməsi haqqında deklarasiya (bu sənədin layihəsini Litva Seyminin nümayəndə heyəti təqdim edir); Ukraynaya yardım haqqında deklarasiya və Transatlantik münasibətlər haqqında deklarasiya. Sonuncu sənəd NATO-nun Böyük Britaniyada keçiriləcək zirvə toplantısında təqdim ediləcəkdir.

Şənbə və bazar günlərində Seymdə NATO PA–nın siyasi qruplarının və beş komitəsinin iclası keçiriləcəkdir: Siyasi komitə, Müdafiə və təhlükəsizlik komitəsi, Elm və texnologiyalar komitəsi, Mülki təhlükəsizlik komitəsi, İqtisadiyyat və təhlükəsizlik komitəsi.

Komitələrin iclaslarında Əfqanıstanda vəziyyət, Gürcüstanın Avratlantikaya inteqrasiyası, Avromaydan təhdidləri, terrorizmə qarşı mübarizə, Transatlantik təhlükəsizlik, iqtisadiyyat və başqa məsələlərə dair məlumatlar təqdim ediləcək, müvafiq müzakirələr aparılacaqdır.

Bazar günü NATO PA sessiyasının iştirakçılarının NATO enerji təhlükəsizlik kompetensiyası mərkəzinə səfəri planlaşdırılır.