YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Qadınlar ölkənin ictimai-siyasi həyatında da mühüm rol oynayır

«Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi hazırlıq işlərini partiyanın fəaliyyət proqramına və İcra Katibliyinin tövsiyələrinə uyğun olaraq sistemli şəkildə davam etdirir». Bu fikri YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, son illərdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm dəyişikliklər, yüksəlişlər baş verməkdədir. Onun sözlərinə görə, xüsusən qadın hərəkatı öz fəaliyyətini daha da gücləndirir.

«Qadınlar ölkənin ictimai-siyasi həyatında da mühüm  rol oynayır. Seçki kampaniyaları zamanı qadınların xüsusi fəallıq nümayiş etdirməsi günümüzün reallığıdır. Bu gün YAP Nizami rayon təşkilatının 11544 üzvündən 5403 nəfərini qadınlar təşkil edir. Bu baxımdan əminəm ki, bütün seçkilərdə olduğu kimi parlament seçkilərində də yüksək aktivlik nümayiş etdirəcək qadınlar bu siyasi kampaniyada da YAP-ın namizədlərinin qalib olmasına öz töhfələrini verəcəklər»- deyə, S.Vəliyeva vurğulayıb.