YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sonuncu dünya müharibəsi: sülh naminə yadda saxlayın” mövzusunda fotosərgi keçiriləcək

Sentyabrın 3-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsinin binasında Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin və İkinci Dünya müharibəsinin başa çatmasının 70-ci ildönümünə həsr edilmiş “Sonuncu dünya müharibəsi: sülh naminə yadda saxlayın” mövzusunda fotosərginin açılış mərasimi keçiriləcək. Bu barədə Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.

Doqquz dövlətin: Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistanın birgə layihəsi kimi təşkil edilən fotosərginin ekspozisiyası müharibə illərində keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında çəkilmiş nadir fotoşəkillərdən ibarətdir.

Sərginin açılış mərasiminə Birliyin iştirakçısı olan dövlətlərin səfirləri və daimi nümayəndələri, xarici işlər nazirliklərinin nümayəndələri, təşkilatın İcraiyyə Komitəsinin vəzifəli şəxsləri və əməkdaşları dəvət edilib.