YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2015-ci ilin noyabr ayında Bakıda Amerika-Azərbaycan Ticarət Palatasının ticarət missiyası həyata keçiriləcək

Amerika-Azərbaycan Ticarət Palatası bu il noyabrın 18-20-də Bakıda ticarət missiyası həyata keçiriləcəyini elan edib. Tədbir ABŞ kommersiya xidmətinin təşkilati dəstəyi, “Bloomberg Media” şirkətinin informasiya dəstəyi, “AmCham Azerbaijan” və “Azpromo” şirkətlərinin, Azərbaycan Yüksək Texnologiyalar Parkının və Amerika-Türkiyə Ticarət Palatasının köməyi ilə keçiriləcək.

Ticarət missiyasının məqsədi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş səylər çərçivəsində ABŞ-dan olan potensial tərəfdaşları yeni texnologiyalar və xidmətlərlə bağlı layihələr üçün sərmayə qoyulmasına və öz məhsulları üçün yeni bazarlar yaradılmasına cəlb etməkdir. Qarşıdakı ticarət missiyası Amerika şirkətlərinə Azərbaycan bazarını öyrənmək, regiondakı aparıcı ekspertlərlə, Azərbaycan hökumətinin rəsmiləri ilə əlaqələr yaratmağa imkan verəcək.

Kənd təsərrüfatı, bank və maliyyə sektorlarında, neft-kimya sənayesində, təhsil, energetika, qida məhsulları sənayesi, təbabət, informasiya texnologiyaları, tikinti, yüngül və ağır sənaye, əczaçılıq sənayesi, nəqliyyat-logistika sektoru və turizm sahələrində ixtisaslaşan ABŞ şirkətləri, xidmətlərin təchizatçıları, sərmayədarlar və məsləhətçilər missiyada iştirak etməyə dəvət olunublar.