YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanda səhiyyə sahəsində davamlı olaraq islahatlar həyata keçirilir

«Azərbaycanda  səhiyyə sahəsində davamlı olaraq islahatlar həyata keçirilir. Bu islahatların nəticəsində ölkə səhiyyəsi inkişaf edir». Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, hökumət tərəfindən dərman vasitələrinin qiymətinin tənzimlənməsi də aparılan islahatların tərkib hissəsidir. Onun sözlərinə görə, bütün bunlar vətəndaşların maraqlarına xidmət edir.

«Bilirsiniz ki, Azərbaycan hökuməti bu məsələ ilə bağlı xeyli vaxtdır ki, məşğul idi. Baş nazirin müavini Əli Əhmədov vaxtaşırı olaraq dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə əlaqədar görülən işlər barədə ictimaiyyətə açıqlamalar verirdi. Artıq bu yöndə konkret addımlar atılır və yüzlərlə dərman vasitəsinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənib. Bugünlərdə bu məsələ ilə bağlı daha bir qərar qəbul olundu. Bir çox dərmanların qiymətləri aşağı salınıb ki, bu da əhali tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, dövlət səhiyyə müəssisələrində tibbi xidmət pulsuzdur. Dərman vasitələrinin qiymətinin aşağı salınması da insanların maraqlarına xidmət edən addımdır. Bütün bunlar Azərbaycan Prezidentinin sosial məsələlərin həllinə daim böyük diqqət göstərməsinin bariz nümunəsidir»- deyə, M.İbrahimqızı vurğulayıb.