YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Dünyada neftin qiymətinə müxtəlif geosiyasi, geoiqtisadi, qlobal bazar oyunçularının spekulyativ təsirləri var

«Neftin qiymətinə müxtəlif geosiyasi, geoiqtisadi, psixoloji, qlobal bazar oyunçularının spekulyativ təsirləri olur. Eyni zamanda tələb və təklifə təsir edən amillər də neftin qiymətinə təsir göstərir».  Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü  Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, Çin iqtisadiyyatında gedən proseslər, bu ölkədə artım templərinin aşağı düşməsi, fond borjasındakı təlatümlər, ABŞ-ın neft ehtiyatı, neft idxal edən ölkədən neft ixrac edən ölkəyə çevrilməsi, OPEC və Rusiyanın neft hasilatını azaltmaq fikrində olmaması və sair bu kimi amillər təsir edir. Onun sözlərinə görə, ölkəmizdə manatın 21 fevral devalvasiyasından sonra milli valyutamızın dünya bazarında neftin qiymətinin dəyişməsinə həssaslığı artıb.

«Manatın məzənnəsinə təsir edən amillərin çoxu bizdən asılı olmayan amillər olduğundan, dəqiq proqnoza gəlinmir. Aidiyyatı dövlət qurumları yaranmış vəziyyəti obyektiv qiymətləndirib addımlar atırlar»- deyə, komitə üzvü qeyd edib.