YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 28-də Antalyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkmənistan arasında ikitərəfli və çoxtərəfli əlaqələrə dair məsələlərə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında siyasi dialoqun inkişafından və əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.

Son illər ərazində Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasının müsbət meyil olduğu bildirilib. Qarşılıqlı səylər vasitəsilə iki ölkənin malik olduğu zəngin potensiala uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu nəzərdən keçirilib.

Hökumətlərarası əməkdaşlıq komissiyasının əlaqələrin hərtərəfli inkişafı üçün mühüm rol oynadığı qeyd edilib.

Xəzər dənizinin iki ölkəni birləşdirən dəyər olduğu vurğulanaraq, enerji və nəqliyyat sahəsində əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi nəzərə çatdırılıb.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin əhəmiyyəti vurğulanıb. Bu formatda toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.