YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin ilk yeddi ayı ərzində qeyri-neft sektoruna investisiyaların həcmi 5 242,9 milyon manat təşkil edib

Azərbaycanda cari ilin ilk yeddi ayı ərzində qeyri-neft sektoruna investisiyaların həcmi 5 242,9 mln. manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin 715,7 mln. manatı (ümumi sərmayənin 7,6%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 55,4%-i qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

Hesabat dövründə neft sektoruna investisiyaların həcmində artım müşahidə olunub. Bu sektora investisiyalar illik 19,5% artaraq 4 125,6 mln. manata çatıb.

Statistikaya əsasən, bu müddətdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu illik 3,2% artraq 9 368,5 mln. manat təşkil edib. Cəmi investisiyaların 3 874,5 mln. manatı xarici investisiyaların payına düşüb.