YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycanda humanizm siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub

«Növbəti əfv fərmanı imzaladığına görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu siyasətin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub». Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, bəzi dairələr bu humanist siyasətin ardıcıl olaraq davam etməsini hansısa beynəlxalq qüvvələrin  təzyiqi ilə əlaqələndirməyə çalışır. Onun sözlərinə görə, bu doğru yanaşma deyil və humanizm siyasətinin əhəmiyyətini kiçiltmək məqsədi daşıyır.

«İddia edilir ki, bu dəfə bəzi beynəlxalq təşkilatların təqdim etdiyi siyahılardakı məhbusların cəmi bir neçəsi əfv edilib. Yəni bununla da həyata keçirilən bu humansit addımı gözdən salmaq siyasəti aparılır. Hamımız Azərbaycanda yaşayırıq və baş verən bütün prosesləri müşahidə edirik. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxmaq olmaz və xalq bu hüququ heç kimə verməyib»- deyə, vitse-spiker vurğulayıb.