YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Separatçı Dağlıq Qarabağ rejiminin qondarma "seçkilər" keçirməyə qərar verməsi heç bir beynəlxalq normalara sığmır

«Separatçı Dağlıq Qarabağ rejiminin sentyabrın 13-də qondarma "seçkilər" keçirməyə qərar verməsi heç bir beynəlxalq normalara sığmır». Bu fikri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, müvafiq beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqelərini ortaya qoymalıdırlar. Onun sözlərinə görə, qanunsuz seçkilərin keçirilməsi münaqişənin həlli istiqamətində aparılan danışıqlara ciddi maneədir.

«Bu addımı atmaqla ermənilər beynəlxalq normalara məhəl qoymadıqlarını açıq-aşkar nümayiş etdirirlər. Artıq təcavüzkarı yerində oturtmağın vaxtıdır. Bölgənin azərbaycanlı icması öz yurdlarına qayıtmamış və tərəflər arasında sülh əldə olunmadan Dağlıq Qarabağda hər hansı seçki keçirilə bilməz»- deyə, komitə sədrinin müavini qeyd edib.