YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Vyetnam Prezidenti Çıonq Tan Şanqa təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti  Çıonq Tan Şanqa, ölkəsinin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.

Prezidentin təbrik məktubunda qeyd olunur ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bu gün də müvəffəqiyyətlə davam etməsi məmnunluq doğurur: “İnanıram ki, qarşılıqlı səylərimiz, mütəmadi siyasi təmaslarımız əlaqələrimizin daim genişlənməsinə və ikitərəfli münasibətlərimizin inkişafına bundan sonra da mühüm töhfə verəcəkdir”.