YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun III iclası öz işinə başlayıb

Sentyabrın 2-də Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun III iclası öz işinə başlayıb. 

İCAPP Qadınlar təşkilatının həmsədri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı iclası açıq elan edib. M.İbrahimqızı bildirib ki, bu tədbirin məqsədi geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır.  

Toplantının açılış mərasimində, həmçinin, İCAPP Qadınlar Qolunun həmsədri, Koreya Milli Assambleyasının üzvü, Saenuri Partiyasının parlament fraksiyasının sədr müavini Park İn-suk, Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova, Milli Konqres Partiyasının (NCP) qadın məsələləri üzrə katibi, CAPP Baş katibliyinin Komitəsinin üzvü Zeynəb Əhməd Eltayeb İbrahim və Meksika Vətəndaş Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, COPPPAL-ın nümayəndəsi Vania Roksana Avila Qarsia çıxış edərək İCAPP-ın Qadınlar Qolunun fəaliyyətinin əhəmiyyətini vurğulayaraq toplantının işinə uğurlar arzulayıblar.

İclas Qadınlar arasında yoxsulluğun aradan qaldırılması üzrə I plenar sessiya, Qadınların sağlamlığı və təhsili üzrə II plenar sessiya, Qadınların siyasi iştiraklılığı üzrə III plenar sessiya üzrə işini davam etdirəcək.

İclasın sonunda “Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi”nin qəbul olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv