YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində tanınmış italyan modelyerin “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi təqdim olunacaqdır

Mayın 31-də Heydər Əliyev Mərkəzində “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatı olacaqdır.

Heydər Əliyev Mərkəzindən bildirmişlər ki, layihə çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdiriləcəkdir.

Kolleksiyaya daxil olan libasların hazırlanmasında Azərbaycanın ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də od və nar elementlərindən istifadə edilmişdir.

Renato Balestra layihə çərçivəsində Azərbaycanın milli ornamentlərinin tarixini və xüsusiyyətlərini araşdırmışdır. Şərq koloritindən ilham alan modelyer Azərbaycan milli elementlərini müasir Avropa dəbində tətbiq etmişdir.

Layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.

Heydər Əliyev Mərkəzində modelyer Renato Balestranın iştirakı ilə keçiriləcək moda nümayişində 40-dan çox geyim nümunəsi təqdim olunacaqdır. Dəfilədə tanınmış model İrina Şeyk də səhnəyə çıxacaqdır.