YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Nyu Meksika ştatı Senatının nümayəndə heyəti Azərbaycanla bağlı sənədlərin nümunələrini təqdim ediblər

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ABŞ-ın Nyu Meksika ştatı Senatının nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin plenar iclasında bu barədə məlumat verən spiker qeyd edib ki, görüşdə nümayəndə heyəti bir neçə sənədlərin nümunələrini də təqdim ediblər.

MM sədri bildirib ki, sənədlərə Xocalı qətliamı haqqında Senatın qətnaməsinin nümunəsi, Senatın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın tanınmamış respublika olduğunu göstərən sənədin nümunəsi və Azərbaycanın 28 May - Respublika Gününün Nyu Meksika ştatında Azərbaycanın Milli Günü elan edilməsi barədə sənədin nümunəsi daxildir.

Spiker Nyu Meksika ştatının rəhbərliyinə təşəkkürünü bildirib.