YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda Misir Ərəb Respublikasının Mədəniyyət Günləri keçiriləcəkdir

İyunun 1-dən 7-dək Azərbaycanda Misir Ərəb Respublikasının Mədəniyyət Günləri keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Mədəniyyət Günləri çərçivəsində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Beynəlxalq simpozium, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təntənəli konsert proqramının təqdimatı, "İsmailiyyə" folklor ansamblının konsertləri və rəsm, dekorativ-tətbiqi sənət və fotosərgisinin təşkili nəzərdə tutulur.

Mədəniyyət günləri Bakıətrafı bölgələrdə də davam edəcəkdir. Sərginin açılışı isə iyun ayının 2-də "Qalereya 1969" sərgi salonunda keçiriləcəkdir.

Sərgidə Misirin incəsənət xadimi Şərif Sunbul, və Misirin Helvan Universitetinin rəssamlıq fakültəsinin müəllimi, doktor Ənvər Məhəmməd İbrahim Əli iştirak edəcəklər.