YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Yeni qanun qeyri-neft sektorundakı məhsulların bazarda rəqabət qabiliyyətinin güclənməsinə imkan verəcək

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun vacib hüquqi sənəddir. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bu qanun ilə sahibkarlıq sahəsində uyğunluğun qiymətləndirilməsi mümkün olacaq. Onun sözlərinə görə, sahibkarlıq sahəsinin bu yeni növünün məqsədi ölkəmizdə istehsal olunan məhsulların standartlara nə dərəcədə cavab verməsini yoxlamaqdır. 

«Bu standartlar nəticəsində məhsullarımızı dünyaya çıxartmaq mümkün olacaq. Qanun qeyri-neft sektorundakı məhsulların daxili və xarici bazarda rəqabət qabiliyyətinin güclənməsinə imkan verəcək»- deyə, komitə sədri vurğulayıb.