YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan işğalçı Ermənistanın üzv olduğu Avrasiya İttifaqına qoşulmaq niyyətində deyil

«Azərbaycanın Avrasiya İttifaqı ilə bağlı mövqeyi aktualdır. Ölkəmizin bu məsələdə mövqeyi ondan ibarətdir ki, dövlətimiz prinsip etibarı ilə inteqrasiya proseslərini dəstəkləyir və müdafiə edir. Amma biz işğalçı dövlətin təmsil olunduğu Avrasiya İttifaqında onunla birlikdə ola bilmərik». Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki,  Azərbaycan Ermənistanın işğal siyasəti və onun nəticələrinə görə, bu dövlətə qarşı təcrid, izolyasiya siyasətini həyata keçirir”. Onun sözlərinə görə,  artıq 2015-ci ilin yanvar ayının 1-dən Avrasiya İttifaqı öz işinə başlayacaq.

«Bununla da bağlı Rusiyanın niyyəti ondan ibarətdir ki, burada ilkin sənədlər imzalanmalıdır. Belə ki, Avrasiya İttifaqının yaradılmasını özüdə ehtiva edən sənədlər qüvvəyə minməlidir. Həmin sənədlər isə may ayının 29-da imzalandı. İmzalanma mərasimində Rusiya, Belarus və Qazaxıstan kimi Gömrük İttifaqının üzvləri iştirak etdilər. Ermənistan prezidenti Serj Sarkisyan da bildirdi ki, iyun ayının 15-nə kimi onlar da müvafiq sənədi imzalayacaqlar və Avrasiya İttifaqının təmsilçiləri siyahısına daxil olacaqlar. Qeyd edim ki, Avrasiya İttifaqına daxil olmaqla bağlı Ermənistan tərəfi, ümumiyyətlə isə hər bir dövlət 126 sənəd qəbul etməlidir. Həmin 126 sənəddən 119-nu işğalçı ölkə qəbul edib. Qalan 7 sənəd isə imzalanma vaxtı həmin imzalanmış müqavilənin tərkibinə daxil idi»- deyə, politoloq qeyd edib.