YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuşdur

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Şahin Mustafayev qonşu İran ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini, bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin İrana rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır.

Qeyd edilmişdir ki, iki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır. İqtisadi əlaqələrin daha da genişləndirilməsi baxımından Azərbaycan və İran arasında hökumətlərarası komissiyanın səmərəli fəaliyyəti də mühümdür və bu yaxınlarda komissiyanın yeni tərkibi təsdiq edilmişdir.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev müvafiq hazırlıq işləri aparıldıqdan sonra yeni tərkibdə komissiyanın iclasının yaxın zamanlarda ölkəmizdə keçirilməsini təklif etmişdir.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin iqtisadi əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olacağını vurğulamış, əlaqələrin bundan sonra da inkişaf edəcəyini diqqətə çatdırmışdır.

Görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.