YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycanın iqtisadi qüdrəti gənclərin sosial problemlərinin həlli, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir

Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Gənclərinin VII Forumunun iştirakçılarına təbrik məktubunda deyilir.

Prezidentin təbrik məktubunda deyilir: "Hörmətli Forum nümayəndələri, sizi və sizin simanızda bütün Azərbaycan gəncliyini səmimi qəlbdən salamlayır, növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş ilk Gənclər Forumu ölkəmizin həyatında dərin iz buraxmışdır. Həmin mötəbər toplantıdan sonra paytaxt və regionlarda gənclərlə aparılan iş nəzərəçarpacaq dərəcədə canlanmış, böyüməkdə olan nəslin problemlərinə diqqət xeyli artmışdır. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir".

Məktubda qeyd edilir ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər: "Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verirlər. Ölkəmizdə demokratik cəmiyyətin və bazar iqtisadiyyatının bərqərar olduğu şəraitdə yüksək savada və geniş dünyagörüşünə malik olan, müasir texnologiyalardan istifadə etməyi bacaran peşəkar mütəxəssislərə və menecerlərə tələbat artır. Buna görə də gənclərimiz mükəmməl təhsil almaq və biliklərə dərindən yiyələnmək üçün daha inamla çalışmalıdırlar".

 

DİGƏR xəbərlər Arxiv